Feb 25 2020 17:55
Views: 333

Bu il xüsusilə regionlarda fiziki məhdudiyyətli şəxslər üçün peşə mərkəzlərinin və peşə reabilitasiya mərkəzlərinin yaradılması nəzərdə tutulub. Bunu Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli dövlət başçısının təsdiq etdiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair tədbirlər planını CBC-yə şərh edərkə bildirib. Statistikaya görə respublikada fiziki məhdudiyyətli şəxslərin 10% yaxınının məşğulluğu təmin olunub. Strategiyada bu istiqamətdə normativ hüquqi bazanın təkmilləşdirilməsi qeyd olunub. Davud Rəhimli deyir ki, gələcəkdə bu bu sahəyə nəzarət gücləndiriləcək. Bu isə statistikanın dəyişməsinə əhəmiyyətli təsir göstərə bilər. Strategiyada fiziki məhdudiyyətli şəxslər üçün inklüziv əmək şəraitinin yaradılması məsələsi də vurğulanıb. Davud Rəhimli deyir ki, əsas problemlərdən biri ucqar rayonlarda yaşayan fiziki məhdudiyyətli əhali qrupunun sosial xidmətlərə əlçatanlığının təmin olunmasıdır. Yeni strategiya bu məsələnin də həllinə əhəmiyyətli təsir edə bilər. Fiziki məhdudiyyətli insanların əmək bazarına çıxışını təmin etmək üçün təhsil imkanlarının artırılması da nəzərdə tutulub. Vacib məqamlardan biri onların bilik və bacarıqlarının qiymətləndirilməsi, rəqabətədavamlı olmasının təmin etməkdir. Bu baxımdan peşə reabilitasiya mərkəzlərində fiziki məhdudiyyətli şəxslərin müəyyən ixtisaslara yiyələnməsi və məşğulluğu təmin ediləcək. Ötən il 10 belə peşə reabilitasiya mərkəzləri fəaliyyətə başlayıb. Respublikada olan 14 bərpa mərkəzlərində də fiziki məhdudiyyətli şəxslərin peşə reabilitasiyası istiqamətində işlər aparılır.


Create Account



Log In Your Account