Aug 23 2019 17:05
Views: 287

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən Füzuli rayonunun 1386 kvadratkilometr sahəsi, 96 min nəfərə yaxın əhalisi olub. 1 şəhər, 1 qəsəbə, 1 şəhər tipli qəsəbə və 81 kəndi olan rayonun Füzuli şəhəri və 61 kəndi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Mütəxəssislər bildirir ki, Füzulinin işğalı Ermənistan üçün xüsusi məsələ olub. Çünki bu, onların saxta böyük Ermənistan xəyallarının tərkib hissəsi idi.

Ermənistan silahlı qüvvələri elə həmin gün 1050 kvadratkilometr sahəsi, 52 min 600 nəfər əhalisi, 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət olan Azərbaycanın Cəbrayıl rayonunu bütünlüklə işğal ediblər. 1994-cü ilin yanvar ayının 5-də Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndi, Horadiz qəsəbəsi, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğaldan azad edib və indi bu yerlər Azərbaycanın nəzarətindədir.

Füzuli Azərbaycanın ən qədim tarixə malik rayonlarından biridir. Burada qədim Azıx mağarası, bir sıra memarlıq abidələri və digər tarixi-mənəvi dəyərlər mövcud idi. Ermənilər işğal etdiyi ərazilərdə qədim tarixi abidələri dağıdır, yaxud onları saxtalaşdırır. Burdakı təbii sərvətlər, meşələr də talan edilir. İndi Füzuli rayonunun 132 minlik əhalisinin 70 mindən çoxu rayonun azad olunmuş ərazilərində yaşayır, yerdə qalanı isə Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi məskunlaşır. Cəbrayıl rayonunun 80 mindən çox əhalisi isə öz doğma yurdlarından məcburən köçkün düşərək hazırda Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. 2016-cı ilin uğurlu aprel əməliyyatlarından sonra rayonun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində həyat yenidən qaynayıb. Burada yenidənqurma işlərindən sonra kənd sakinləri məskunlaşmağa başlayıb. Cocuq Mərcanlıya köç azərbaycanlıların öz tarixi torpaqlarına böyük qayıdışının rəmzinə çevrilib.


Create Account



Log In Your Account