May 20 2019 17:33
Views: 304

Bu gündən etibarən Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb. Təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopter cəlb olunub.

Hərbi ekspert  Ramil Məmmədli qeyd edir ki, bu dəfəki təlimlərin əsas mövzusu düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsidir. Məqsəd də işğal altında olan ərazilərin azad olunması uğrunda hərbi əməliyyatların başladığı vaxt ordu hissələri arasında rabitəli şəkildə təmas qurulmasını təmin etməkdən ibarətdir.

CBC-nin Xəbərlər buraxılışının qonağı olan Ramil Məmmədli təlimin özəllikləri barədə danışıb.


Create Account



Log In Your Account