Feb 27 2018 19:22
Views: 1121

Ukraynanın paytaxtı Kiyevdə güləş üzrə beynəlxalq turnirdə və Almaniyada cüdo üzrə Böyük dəbilqə turnirində qalib gələn idmançılar vətənə dönüblər. Onlar Bakıda mətbuat konfransı keçiriblər. Məlumat verilib kİ, 37 ölkədən 500-dək idmançının iştirak etdiyi güləş turnirində yığma komandanın üzvləri 9 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıblar. Cüdoçularımız isə Almaniyanın Düsseldorf şəhərində cüdo turnirindən 2 medalla geri dönüblər. Bildirilib ki, indi əsas hədəf Avropa çempionatıdır. Buna qədər sərbəst güləş yığmamız aprelin əvvəlində Dünya Kubokunda mübarizə aparacaq. Bununla bağlı təlim-məşq prosesi keçirilir.


Create Account



Log In Your Account