Oct 19 2019 15:09
Views: 317

2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat məbləğində proqnozlaşdırılır. Bu, 2019-cu ilin proqnozu ilə müqayisədə 4,2% çoxdur. Gələn il büdcə xərcləri isə 26 milyard  913,7 milyon manat məbləğində nəzərdə tutulub. Bu isə cari ilin proqnozuna nisbətən 6,8% çoxdur.

 

Büdcə gəlirlərində əsas mənbə  Neft Fondundan transfer olacaq – 11 milyard 350 milyon manat, Vergilər Nazirliyindən daxilolma 7 milyard 875 milyon manat, Dövlət Gömrük Komitəsindən 4 mlrd manat nəzərdə tutulur.

 

Əsas xərc istiqamətlərinə gəlincə isə, müdafiə və milli təhlükəsizlik xərcləri  20.9% artımla, 3 mlrd 853 mln manat, sosial müdfaiə və sosial təminat 3 mlrd 244 mln, təhsil xərcləri 3 mlrd 155 mln, səhiyyə 1 mlrd 369 mln manat planlaşdırılır.

 

2020-ci ildə Azərbaycanda 83,3 milyard manat dəyərində ümumi daxili məhsul istehsal ediləcəyi təxmin edilir. Bu, 2019-ci ildə gözlənilən ÜDM-lə müqayisədə 3% çoxdur. Başqa sözlə, ölkədə 3%-lik iqtisadi artım gözlənir.

Gələn il qeyri-neft sektoru üzrə ÜDM-in dəyərinin 3,8% artaraq 54,6 milyard manata çatacağı proqnozlaşdırılır. İnflyasiya gözləntisi 4.6%-dir. Dövlət büdcəsi hazırlanarkən növbəti il üçün neftin qiyməti 55 dollardan nəzərdə tutulub. Ümumilikdə 2020-ci ilin dövlət büdcəsinin gəlirlərinin 56.1%-i neft sektorunun, 43.9%-i qeyri-neft sektorunun payına düşəcək.

 


Create Account



Log In Your Account