Oct 18 2019 20:48
Views: 223

Gələn il Azərbaycanda pensiyaların orta aylıq məbləğinin 16 faiz artaraq 293 manata çatacağı gözlənilir. Bu barədə Əmək və Əhalinin Müdafiəsi naziri Sahil Babayev prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə məlumat verib. Nazir aparılan optimallaşdırma işlərinin, eyni zamanda əsassız təyin edilən pensiyaların ləğvi nəticəsində cari ilin 9 ayında 99 milyon manata qənaət edildiyini deyib. Görülən işlər barədə Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov ətraflı məlumat verəcək.


Create Account



Log In Your Account