Nov 16 2019 18:03
Views: 110

Həftənin ən önəmli məsələlərindən biri Milli Məclisdə 2020-ci il üçün dövlət büdcəsinin müzakirəsi oldu. Milli Məclis üzvü Mahir Abbaszadə CBC-nin Xəbərlər buraxılışının qonağı olub və müsahibəsində gələn ilin büdcəsi ilə bağlı əsas məqamları qeyd edib.

M.Abbaszadə bildirib ki, 2020-ci ilin dövlət büdcəsini xarakterizə edən əsas məqamlardan biri büdcə artımında  qeyri-neft sənayesindən əldə olunan gəlirlərin mühüm rol oynamasıdır. Digər önəmli məqam isə hökumətin apardığı siyasət nəticəsində inflyasiya səviyyəsinin 4,6 faiz civarında qiymətləndirilməsi ilə bağlıdır.

Büdcənin növbəti özəlliyi gələn ildən etibarən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə 1 milyard manata yaxın vəasitin ayrılması ilə bağlıdır. Millət vəkili qeyd edir ki, bu dəstək səhiyyə problemlərinin həllində, həm də əhalinin sosial rifahının yaxşılaşmasında mühüm rol oynayacaq.

Qeyd olundu ki, 2020-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixində manat ifadəsində ən  böyük büdcədir.

Müsahbənin tam variantını aşağıdakı linkdən izləyə bilərsiniz.


Create Account



Log In Your Account