Nov 01 2019 18:11
Views: 124

"Prezident İlham Əliyev ilə görüşdən sonra onun verdiyi tapşırıqların icrası istiqamətində işlərə başlamışıq". bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib. Bildirib ki, 2020-ci ildə məcburi köçkünlərin mənzillə təmin olunması üçün Prezident İlham Əliyevin göstərişi ilə ayrılmış vəsaitin bir hissəsi Komitəyə artıq verilib. Gələn il məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı genişmiqyaslı işlər nəzərdə tutulur.

Rövşən Rzayev bildirib ki, indi Bakı şəhəri Qaradağ rayonunun Ümid qəsəbəsində əlavə üç bina tikilir, Sabunçu rayonunun Ramana qəsəbəsində 1500-dən artıq ailə üçün qəsəbə inşa edilir. Amma layihələr yalnız bundan ibarət deyil.

Rövşən Rzayev bildirib ki, oktyabrın əvvəlində açılışı olan Qobu Park-2 yaşayış kompleksinə artıq 800-ə yaxın ailə köçüb. İlin sonunadək 1300 ailə burdakı mənzillərində yerləşəcək. Xatırladaq ki, prezident İlham Əliyev oktyabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə görüşdə görüləcək işlərlə bağlı tapşırıqlar verib. Dövlət başçısı bildirib ki, gələn məcburi köçkünləri mümkün qədər çox yerləşdirmək lazımdır. Xüsusilə Bakı və Sumqayıt şəhərlərini nəzərə almağın vacibliyini qeyd edən prezident deyib ki, lazım olan vəsait ayrılacaq. Çünki bu, ən prioritet məsələdir.


Create Account



Log In Your Account