Jan 07 2019 18:36
Views: 400

Türkiyənin Samsun vilayəti sahillərində Panama bayrağı altında üzən yük gəmisi batıb. Türkiyənin sahil-mühafizə xidmətinin axtarış-xilasetmə əməliyyatları nəticəsində 13 ekipaj üzvündən 7-si xilas edilib. Yük gəmisinin ekipaj üzvlərindən ikisi azərbaycanlıdır. Onlardan birinin həlak olduğu təsdiqlənib. Bu barədə  Azərbaycanın Türkiyədəki səfirliyinin konsulu Şöhrət Mustafayey CBC-yə məlumat verib.

“Bu gün saat 11 radələrində Türkiyənin Samsun vilayətinin Qaradəniz sahillərində Panama bayraqlı gəmi qəzaya uğrayıb. Qəza nəticəsində 13 nəfərlik gəmi ekipajının 7 nəfəri xilas olunub. Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyindən 6 nəfərin həlak olmasına dair məlumat əldə etdik. Təəssüflər olsun ki, vəfat edənlərin içində Azərbaycan vətəndaşının olduğu da qeyd olundu. Vəfat etdiyi dəqiqləşən vətənda 22 sentyabr 1978-ci il təvəllüdlü Məmmədəli İbrahimovdur. Digər vətəndaşın taleyi ilə bağlı məlumat dəqiqləşdirilmək üzrədir”. 


Create Account



Log In Your Account