Sep 23 2019 16:54
Views: 296

Bakıda keçirilən Bədii Gimnastika üzrə Dünya Çempionatına yekun vurulub. Yarışın son günü komandamız üçün əlamətdar olub.  Belə ki, bədii gimnastlarımızdan ibarət komandamız gələn il Tokioda keçiriləcək yay olimpiya oyunlarına lisenziya qazanıb.

 

Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Əhmədbəyli, Zeynəb Hümmətova və Darya Sorokinadan ibarət komandamız Dünya Çempionatının son günündə çoxnövçülükdə yarışıblar.

 

Qeyd edək ki, çoxnövçülükdə ilk 5 yerin sahibi Tokioya yollanmaq haqqını əldə etməli idi. Lakin ilk 3 yerdə qərarlaşmış  Rusiya, Bolqarıstan və İtaliya komandaları ötənilki mundialda linesziya əldə etdiyindən,  builki çempionatda vəsiqələr 4-8-ci yerlərin sahiblərinə verilib.

 

Xatırladaq ki, daha öncə bədii gimnastlardan Zöhrə Ağamirova Tokio 2020-yə lisenziya qazanıb.


Create Account



Log In Your Account