Feb 19 2019 18:02
Views: 1159

Dövlət Gömrük Komitəsi və Böyük Britaniyanın sərhəd xidməti əməkdaşlarının peşəkarlığının artırılması məqsədilə birgə layihələr həyata keçirməyi nəzərdə tutur. Bu məqsədlə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Böyük Britaniyanın baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson “Hunter” layihəsinin icrasına dair protokol imzalayıb.

Səfər Mehdiyev bildirib ki, bu protokol Dövlət Gömrük Komitəsinin beynəlxalq əməkdaşlığında yeni bir mərhələnin əsasını qoyur, keyfiyyətli təcrübə mübadiləsinə imkan yaradır.

Öz növbəsində Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson bildirib ki, ölkəsi Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığa böyük önəm verir. Müxtəlif istiqamətlərdə çox sayda birgə layihələr uğurla icra olunur. Rəsmi London Azərbaycana hər zaman etibarlı və daimi strateji tərəfdaş kimi baxır.

Baronessa Emma Nikolson bildirib ki, ölkəsi indiyədək Azərbaycanda əsasən enerji layihələrində iştirak edib. Amma Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndirilməsi siyasətini dəstəkləyərək Böyük Britaniya digər qeyri-neft sektorunda da əməkdaşlıqda maraqlıdır. Azərbaycan prezidenti ilə görüşündə də bu məsələni müzakirə etdiklərini deyən ticarət elçisi iqtisadiyyatın şaxələndirilməsində gömrük nəzarətinin təkmilləşdirilməsinin mühüm addım olduğunu qeyd edib. 


Create Account



Log In Your Account