Apr 20 2019 18:20
Views: 1158

“Bu il fevralın 1-dən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə etmək üçün Dövlət Gömrük Komitəsinə daxil olmuş 500-dən çox müraciətdən 282-si müsbət cavablandırılıb”. Bunu Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Doing Business” hesabatının “Sərhəddə Ticarət” adlı göstəricisi üzrə gömrük sistemində görülən işlər, həyata keçirilən yeniliklərlə bağlı mətbuat konfransında bildirib. Qeyd edib ki, artıq ixrac üzrə 123, idxal üzrə isə 159 şəxs sistemdən istifadə edir.

Beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması məqsədilə gömrük sistemində aparılan islahatlar nəticəsində nəqliyyat vasitələrinin sərhədkeçmə vaxtı minimuma endirilib. Eyni zamanda, xarici ticarət əməliyyatları zamanı tələb olunan sənədlərin sayı azalıb. Bu rəqəm idxalda 3-ə, ixracda 2-yə endirilib.

Həyata keçiriləcək növbəti yenilik - “Ağıllı sərhəd” layihəsidir. Bu ilin yayında tətbiq ediləcək layihə sərhəd-keçid məntəqələrində elektron növbə sisteminin yaradılmasını nəzərdə tutur. Azərbaycandan maşınla xaricə istirahətə gedən şəxslər sərhədə çatmamış, onlayn rejimdə növbə götürə biləcəklər və onların sərhəddən keçidi təmin ediləcək. Tədbirdə “Yaşıl dəhliz” buraxılış sistemi, gömrük əməliyyatlarının elektronlaşdırılmasına dair təqdimat da nümayiş etdirildi.


Create Account



Log In Your Account