May 23 2019 17:23
Views: 167

Bakıda MDB dövlətlərinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 19-cu iclası işə başlayıb. iclasda MDB-yə üzv ölkələrin – Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin başçıları, eləcə də müşahidəçi qismində Latviya və Estoniya gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin rəhbərləri iştirak edir.

Dövlət Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev bildirib ki, mayın 21-dən İşçi qrupların iclasları başlayıb. Onun sözlərinə görə, iclaslarda hüquqpozmalarla mübarizə sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunur.

İşçi qrupların iclaslarında narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, analitik informasiya və internet məkanında hüquqpozmalarla mübarizə sahəsində əməkdaşlıq, eləcə də digər məsələlər müzakirə olunub.


Create Account



Log In Your Account