Jun 14 2019 15:39
Views: 331

Dövlət Gömrük Komitəsi blokçeyn texnologiyalarının tətbiqinə başlayıb və bununla əlaqədar iki xarici şirkətlə saziş imzalanıb. Bunu Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının “İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi”nin bağlanış mərasimində komitə sədrinin müavini İqbal Babayev deyib. Konfransın ideya, təcrübə və bilik mübadiləsi üçün yaxşı platforma olduğunu qeyd edən İqbal Babayev tədbirin səmərəli və faydalı keçdiyini bildirib. 
Konfransa 91 ölkənin 500-ə qədər nümayəndəsi qatılıb. Sessiyalarda texnologiyaya əsaslanan qabaqcıl ticarət üzrə strategiyaların yenidən qurulması, maneəsiz sərhəd üçün smart hava limanları, daha təhlükəsiz və dayanıqlı ticarət üçün innovativ həllər, gələcəyə yönəlmiş nəqliyyat sahəsi ilə bağlı mövzular müzakirə olunub.

 


Create Account



Log In Your Account