Jun 03 2020 16:49
Views: 218

Azərbaycan gömrük orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində növbəti uğurlu əməliyyat həyata keçirib. Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İranın Astara şəhərindən Ukraynanın Xarkov şəhərinə “yemiş” yükü aparan Azərbaycan vətəndaşının idarə etdiyi yük maşını saxlanılıb.

Yoxlama zamanı avtomobilin qoşqusunda 10 paletdə olan 720 yeşikdə 526 bağlama aşkar edilib. Bu bağlamalar “örtücü mal” qismində istifadə olunmaq məqsədilə yığılan “yemişlərin” altından çıxarılıb. Bağlamaların içərisində isə preslənmiş halda qablaşdırma ilə birlikdə ümumi çəkisi 545 kiloqram 105 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı nəqliyyat vasitəsinin sürücüsü Allahverdi Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunub.

Xatırladaq ki, Azərbaycan gömrük orqanları son üç gün ərzində 826 kiloqram 054 qram heroin aşkarlayıb və həmin narkotik vasitələrin Avropanın qara bazarında dəyəri 50 milyon avrodan artıqdır.


Create Account



Log In Your Account