May 10 2019 17:34
Views: 310

“Müstəqil Azərbaycanın gömrük xidmətinin keçdiyi inkişaf yoluna nəzər salanda görürük ki, bu sahədə əldə edilən böyük uğurlar məhz ulu öndərin diqqət və qayğısı nəticəsində mümkün olub”. Bunu milli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü tədbirləri çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasında keçirilən andiçmə mərasimində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. Bildirib ki, gömrükçülər Heydər Əliyev siyasətinə sadiq olduqlarını sübut edirlər və Azərbaycanın iqtisadi təhlükəsizliyini qorumaq üçün and içirlər.

Andicmə mərasimində gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş və Akademiyada təşkil olunan 5 həftəlik hazırlıq təlimlərini uğurla başa vurmuş əməkdaşlar iştirak edib. Təlimləri uğurla başa vuran 139 əməkdaş Gömrükçü Andı içib və hərbi marşın sədaları altında təntənəli şəkildə tribuna önündən keçiblər. Bu təlimlərin əsas məqsədi gömrük əməkdaşlarına xidməti fəaliyyətləri üçün zəruri olan bilik və peşə vərdişlərinin aşılanmasından ibarətdir. Dərslərə Gömrük Komitəsinin struktur rəhbərləri və aparıcı mütəxəssisləri, o cümlədən Akademiyanın professor-müəllim heyəti cəlb edilib. Təlimlərin sonunda əməkdaşların əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi keçirilib. Ümumilikdə, bu günədək 153 gömrük əməkdaşı Akademiyada təşkil olunan təlimlərdə iştirak edib.


Create Account



Log In Your Account