Jul 02 2019 19:41
Views: 324

Bu gün ilin 2-ci Günəş tutulması baş verəcək. Bakı vaxtı ilə saat 20:55-də başlayacaq bu təbiət hadisəsi iyulun 3-ü saat 01:50-də başa çatacaq. AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Əminə Ənvər CBC-yə müsahibəsində bildirib ki, bu dəfəki günəş tutulması tam günəş tutulmasıdır. Təbiət hadisəsini Azərbaycanda müşahidə etmək mümkün olmayacaq. 
Elmi tədqiqatlarda sübut olunub ki, günəş tutulması kimi astronomik hadisənin insanın fiziki sağlamlığına birbaşa təsiri yoxdur. Təsir yalnız psixi emosional səviyyədə ola bilər. Yəni, müəyyən xəstəliyi olan kəs Günəş tutulması ilə bağlı xəbərdən həyəcanlanıb narahat ola bilər. 
Günəş və Ay tutulmaları ən maraqlı təbiət hadisəsi kimi bütün dövrlərdə insanları maraqlandırır. Hələ 3000 il bundan əvvəl Çin astronomları bu təbiət hadisələrinin baş vermə vaxtını əvvəlcədən təyin edə bilirdilər. Müasir astronomiya isə Günəş və Ау tutulmalarının Yer səthinin hansı hissəsində və nə vaxt baş verəcəyini dəqiqliklə təyin etməyə imkan verir. Tam tutulmada Günəşin xromosfer və tac hissəsinin müşahidəsi üçün əlverişli şərait yaranır. Əksər hallarda tam Günəş tutulmaları cəmi 2-3 dəqiqə davam edir. Bu ilin ilk Günəş tutulması yanvarın 6-da qeydə alınıb. Növbəti günəş tutulması isə dekabrın 26-na təsadüf edəcək.

 


Create Account



Log In Your Account