Jul 01 2019 18:51
Views: 153

İyulun əvvəlində paytaxt teatrları da məzuniyyətə çıxır. Bakıdakı “Günay” uşaq teatrının aktyotları isə tətilə çıxıblar.  Bu teatrın aktyorlarının əksəriyyəti uşaqlardır. Onlar ya məktəbdə oxuyur, ya da hələ birinci sinfə getməyə hazırlaşırlar. Buna baxmayaraq, teatrın zəngin repertuarı, kifayət qədər uğuru və tamaşaçısı var.

“Günay” uşaq teatrı 20 ilə yaxındır ki, fəaliyyətdədir. Bu müddət ərzində uşaqlar çoxsaylı festivallar və beynəlxalq müsabiqələrdə qalib olublar. Teatra qəbul üçün ciddi seçim yoxdur. Arzulayan hər kəs “Günay” uşaq teatrının aktyoru ola bilər. Burada uşaqlara səhnə nitqi və davranışı ilə yanaşı, həm də dostluğu, insani münasibətləri, heç nədən qorxmamağı öyrədirlər.

Bu dəfə uşaqlar səhnəyə “Arşın mal alan” tamaşası ilə çıxıblar. Tamaşa həm Azərbaycan, həm də rus dilində təqdim olunur. “Günay” teatrının təqdimatında artıq 3-cü nəsil aktyorlar “Arşın mal alan”ı ifa ediblər. Bu dəfə isə gənc aktyorlar Üzeyir Hacıbəylinin ölməz əsəri ilə 16-cı teatr mövsümünü bağlamış oldular.


Create Account



Log In Your Account