Aug 27 2019 16:06
Views: 248

Müasir dövrdə sığortanın önəmi danılmazdır. Lakin bir çox hallarda vətəndaşların sığorta barədə kifayət qədər məlumatlı olmaması, bu sahəyə marağın aşağı olmasına səbəb olur. Nəticədə hər hansı bədbəxt hadisə, yaxud təbii fəlakət zamanı vətəndaşlar böyük zərərlə üzləşir. “ASAN Könüllülük Məktəbi” çərçivəsində  həyata keçirilən “Sığortalı gələcək” proqramının əsas məqsədi məhz sığorta ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq, insanları maarifləndirməkdir. Proqram çərçivəsində gənc könüllülərə “ASAN xidmət” mərkəzlərində çalışmaq imkanı yaradılacaq.

Maliyyə Bazarlarına Nəzarət Palatası və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin həyata keçirdiyi layihə 2019-21-ci illəri illəri əhatə edir. Proqramda iştirak etmək hüququ qazanmış könüllülər sığorta sahəsi üzrə 2 həftəlik təlim kursu keçəcəklər.

Müasir dövrdə sığorta sektoru qlobal maliyyə bazarlarında önəmli yer tutur. Firdovsi Ağaşirinovun fikrincə, sığorta sahəsi ilə bağlı əhalinin maarifləndirilməsində “ASAN könüllüləri” böyük rol oynayacaq. Bu layihədə iştirak onların gələcək peşəkar fəaliyyətləri üçün də uğurlu addım olacaq.


Create Account



Log In Your Account