Oct 18 2019 20:32
Views: 325

Yeni Azərbaycan Partiyasının  təşkilati dəstəyi ilə 18 oktyabr Müstəqillik Gününə həsr olunan gənc memarların yaradıcılıq sərgisi keçirilib.  Tədbirdə  partiyanın nümayəndələri, deputatlar və digər rəsmi şəxslər iştirak ediblər. Çıxış edənlər Azərbaycanın dövlət müstəqilliyinin mühüm tarixi nailiyyət olduğunu vurğulayıblar. Qeyd olunub ki, milli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan öz müstəqilliyini mökhəmləndirməyə, beynəlxalq münasibətlər sistemində layiqli yer tutmağa müvəffəq olub. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə yeni inkişaf mərhələsinə qədəm qoyub. Tədbirdə bu cür sərgilərin təşkilinin gənclərə böyük stimul olduğunu vurğulanıb. Sərgidə Bakı Mühəndislik Universitetinin Memarlıq və dizayn kafedrasının I kurs tələbələrinin 40-a yaxın əl işi nümayiş olunub.


Create Account



Log In Your Account