Jan 20 2019 18:26
Views: 365

Artıq 29 ildir ki, yanvarın 20-də Azərbaycanda Ümumxalq Hüzn Günü olaraq qeyd edilir. Hər il minlərlə insan Şəhidlər Xiyabanını ziyarət edir. Ziyarətçilər arasında gənclərə, yeniyetmələrə,  uşaqlara, hətta körpələrə də rast gəlinir. Onlar qanlı gecənin şahidi olmasalar da, bu faciə barədə evdə valideynlərindən, məktəbdə müəllimlərindən eşitdiklərini deyirlər.
Gənclər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən qanlı hadisəni heç zaman unutmayacaqlarını deyirlər. Onlar Azərbaycanın suverenliyi, istiqlaliyyəti uğrunda canından keçən şəhidlərin məzarlarını hər il ziyarət edirlər.
Bakının ən balaca sakinləri də bu gün Qanlı 20 yanvar şəhidlərinin xatirəsini yad edirlər. Valideynlərinin əlindən tutan bu balacalar, əllərində qərənfil şəhidlərin məzarını ziyarətə gedirlər.
Müstəqil Azərbaycan Respublikasında dünyaya göz açan gənclər bu müstəqillik uğrunda canında keçən şəhidləri unurmur. Hər il Şəhidlər Xiyabanına xalq ziyarətinə gələnlər içərisində gənclərin, yeniyetmələrin, uşaqların çoxluq təşkil etməsi bunu bir daha sübut edir.


Create Account



Log In Your Account