Jun 04 2019 17:34
Views: 214

“Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna daha 2 hərəkət zolağı əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsinin icrası davam etdirilir. Layihə çərçivəsində  Bakıdan Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın Bakıdan Gəncə şəhərinədək olan hissəsi müxtəlif illərdə I texniki dərəcəyə təkmilləşdirilməsi işləri yekunlaşdırılıb. Hazırda isə magistral yolun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına start verilib.

Layihəyə əsasən yolun ümumi eni 27,5 metrdir. Hər birinin eni 3,75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Layihə çərçivəsində 31 yol qovşağı və ötürücüsü, 13 avtomobil körpüsü inşa olunacaq. Bundan başqa yol boyu 69 yeraltı keçid tikiləcək.

130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun 4 hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişini təmin ediləcək. Bundan başqa layihənin üstünlüyü ondan ibarətdir ki, yol iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib.


Create Account



Log In Your Account