Oct 11 2018 17:06
Views: 667

Şəhər peyzajları, natürmort və portretlər, impressionizm ruhlu rəsmlər. Rəssam Elnur Həsənov deyir ki, bir üslubla kifayətlənməyərək,  müxtəlif janrlarda və mövzularda işləmək onun üçün həmişə maraqlı olub. Gənc rəssamin fikrincə, yaradıcı azadlıq da elə budur.
Sərgi 7 illik yaradıcı fəaliyyətin özünəməxsus yekunu oldu. Ekspozisiyada metaldan hazırlanmış instalyasiyalar nümayiş olunur. İdeyalarını ifadə etmək üçün kətan və boyanın kifayət etmədiyini düşünən Elnur Həsənov 1 ilini şüşə və metaldan hazırlanan işlərə həsr edir.
Rəssamlıq sənətinin ustaları deyir ki, hər gənc rəssam fərdi sərgisini açmağa cəsarət etmir.
Elnur Həsənovun fərdi sərgisi ölkənin gənc və istedadlı rəssamlarının ekspozisiyalarının sırasını davam etdirir. Rəsm əsərləri və instalyasiyalar Azərbaycan Rəssamlar İttifaqının Vacihə Səmədova adına salonunda sərgilənir.


Create Account



Log In Your Account