Nov 14 2019 16:18
Views: 102

Gənc Tamaşaçılar Teatrında Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş beynəlxalq qala tədbir keçirilib. “Yenilməzlər” adlı tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Beynəlxalq Paralimpiya Komitəsinin təmsilçiləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qala tədbir bir neçə hissədən ibarət olub. Burada fiziki məhdudiyyətli insanların həyat hekayələri kölgə teatrı, ultrabənövşəyi şou və pantomima tamaşaları ilə təqdim olunub. Fiziki məhdudiyyətli məşhurlar öz həyat hekayələrini danışıblar. Onlardan biri də dünyaca məşhur Pakistanın dəmir ledisi adlandırılan Muniba Marazidir. O uşaqlar arasında idmanı populyarlaşdırmağın vacibliyini vurğuladı

Tədbirdə həmçinin “Yenilməzlər”in loqosu təqdim olunub. loqo bir neçə hissədən ibarət olub, özündə paralimpiya ruhunu əks etdirir. Loqonun mərkəzində yüksələn məşəl qələbə ruhunu simvolizə edir. alov Azərbaycan bayrağının rənglərindədir. Aşağı hissədə isə Beynəlxalq Paralimpiya Komitəsinin “Hərəkətdə olan ruh” simvolu yer alıb.  Loqoda uğuru və dinamik həyatı özündə əks etdirən ürək rəmzi də əksini tapıb. Tamaşanın bir hissəsində səhnəyə Dünya cüdosunun ən tanınmış simaları olan İlham Zəkiyev və Oleq Kretsul çıxıb. Burada iki idmançının həyat hekayələri aktyorlaırn dili ilə tamaşaçılara təqdim olunub.

Tədbirin sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və digər iştirakçılar üzərində “Yenilməzlər”in loqosunun həkk olunduğu tablonu xüsusi zərlərlə rəngləyiblər. 5-ci uşaq paralimpiya oyunlarına isə bu gün start verilir. Abşeron olimpiya kompleksində 200 idmançı 8 növdə qüvvəsini sınayır. Yarıçlarda azərbaycanla yanaşı Gürcüstandan da 20 idmançı iştrak edir.


Create Account



Log In Your Account