Jun 21 2019 18:01
Views: 734

 “Ermənistanın bu gün də davam etməkdə olan işğalçılıq siyasətinin Cənubi Qafqaz Regionuna ciddi təhlükə olaraq qalır.” Bu fikirlər "Ermənistanın regional təhdidi" mövzusunda Gəncədə keçirilən Beynəlxalq Forumda səslənib. Qeyd olunub ki, bütün səylərə baxmayaraq Ermənistanın təcavüzünə son qoyulmaması cənubi Qafqaz regionunda o cümlədən dünyada artan risklər və təhdidlərə ciddi təkan verir. Danışıqlar prosesini uzatmağa çalışaraq qeyri-konstruktiv mövqe sərgiləyən işğalçı Ermənistan, beynəlxalq hüquqa, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymayaraq öz təcavüzkar siyasətini davam etdirir.

Forumda qeyd olunub ki, regionda davamlı sülhün və bütün xalqların rifahının təmin olunması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, öz etnik separatizm əməllərindən imtina etməlidir. Bildirilib ki, Ermənistanın separatizm siyasətinin qarşısının alınması üçün beynəlxalq ictimaiyyət daha qətiyyətli addımlar atılmalıdır.

Çıxış edənlər bildiriblər ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın mədəni irsiə, həm tarixi abidələrinə böyük zərbə vurulub. Məktəblər, təhsil ocaqları dağıdılıb, minlərlə ailə öz el-obalarından didərgin düşüb. Bir milyondan çox qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasının həm ölkəmizə, həm də regiona mənfi təsirləri haqqında danışılıb. Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk bildirb ki, qardaş ölkə bu məsələdə Azərbaycanın ədalətli və haqlı mövqeyini sonadək dəstəkləməyə davam edəcək.

Forum iştirakçıları beynəlxalq ictimaiyyətə müraciət edərək dünya dövlətlərini ikili standartlara son qoymağa çağırıblar.  Xüsusi olaraq vurğulanıb ki, Ermənistanın tarix boyu Azərbaycana qarşı apardığı məkrli siyasəti, terrora rəvac verən separatizm meyilləri bölgədə təhlükəsizliyə ciddi zərər vurmaqdadır. Qeyd olunub ki, sülhün əldə olunmaması nəticəsində Cənubi Qafqazda xalqların dinc və yanaşı yaşaması məsələsi sual altında qalır.


Create Account



Log In Your Account