Oct 09 2019 16:08
Views: 199

Türkan Şahvələdli kimi 100-dən çox gəncin diqqətini cəlb edən Gənc Liderlərin İnkişafı Konsepsiyası, qısaca “GəncLİK” Proqramına start verilib. Layihə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılır. Əsas məqsədi gənclərin liderlik qabiliyyətlərinin inkişafı olan proqram onların potensialının hərtərəfli reallaşmasına kömək edəcək.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin gənclər siyasətinə xüsusi önəm verdiyini vurğulayıb, ölkəmizdə bu sahədə uğurlu dövlət siyasətinin təmin edildiyini diqqətə çatdırıb. Bildirilib ki, “GəncLİK” proqramı, o cümlədən müxtəlif istiqamətlərdəki digər layihələr gənclərin hərtərəfli inkişafını dəstəkləməklə onların yeni bilik və bacarıqlar əldə etməsinə imkan verir.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, bu gün Azərbaycan gəncliyi ölkə başçısının qayğısı ilə tam əhatə olunub. “GəncLİK” proqramı gənclərimizdə liderlik keyfiyyətlərinin dövlətçilik maraqlarına uyğun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli proqramlardandır.
Proqram çərçivəsində gənclər müxtəlif təlimlərə cəlb olunacaq, eyni zamanda bölgələrə səfərlər, ayrı-ayrı dövlət qurumlarında görüşlər nəzərdə tutulur. Proqramın məzunlarına öz ideyalarını reallaşdırmaqda dəstək veriləcək.


Create Account



Log In Your Account