Jun 10 2019 19:05
Views: 836

İş tapmaq arzusunda olan gənclər bir araya gəlib. Növbəti əmək yarmarkasında tələbə, magistr və məzunlar, dövlət qurumları, yerli və xarici şirkətlərin nümayəndələri iştirak edib. Əmək bazarının təşkilində məqsəd gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərməkdir.

Hesablamalara görə, hər il əmək yarmarkalarında iştirak edən tələbələrin təqribən 70-80 faizi iş üçün vakansiyaları dəyərləndirə bilir.

Azərbaycanda əmək yarmarkaları ənənəvi olaraq hər il keçirilir. Əsas məqsəd gənclərin öz ixtisaslarına uyğun iş tapmalarına yardım etməkdir.

Əmək yarmarkasında istənilən ixtisas üzrə iş tapmaq mümkündür. Burada gənclərə əsasən iqtisadiyyat, maliyyə, bank, biznes, qida, inşaat sahəsi üzrə vakansiyalar təklif olunur.

"Gənclər üçün əmək yarmarkası"na təxminən 3 mindən artıq gənc cəlb olunub.


Create Account



Log In Your Account