Aug 21 2019 18:18
Views: 204

Gənclər Fondu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi” istiqaməti üzrə elan etdiyi müsabiqənin nəticəsini açıqlayıb. Beləliklə, 47 nəfərin təhsil xərcinin maliyyələşdirilməsinə qərar verilib. İxtisası prioritet ixtisaslar siyahısında və Fondun təqdim etdiyi universitet arasında yer alan şəxslər iyulda həyata keçirilən müsahibələrə dəvət edilib. Müsahibələrin nəticələri, sənəd təqdim edən şəxslərin akademik göstəriciləri, yəni qəbul balı, təhsili üzrə orta müvəffəqiyyət göstəricisi, beynəlxalq dil qiymətləndirilməsi və s. nəzərə alınmaqla müqayisəli şəkildə təhlil edilib. Gənclərin təhsili müsabiqənin qaydalarına uyğun olaraq tam və ya qismən maliyyələşdiriləcək.

Ümumilikdə müsabiqədə iştrak üçün 207 tələbə müraciət edib. Onlar xaricdə yerləşən 200-dən artıq ali təhsil müəssisəsində 74 ixtisas üzrə  magistratura pilləsində təhsil almaq huqüqunu əldə ediblər. Seçimi xüsusi təyin edilmiş komissiyalar həyata keçirib. Bu komissiya müxtəlif dövlət qurumları, nazirliklər və ali təhsil müəssisələrini təmsil edir.


Create Account



Log In Your Account