Oct 16 2019 16:25
Views: 759

Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda 2019-cu ildə görülmüş işlərə nəzər salınıb. 12-ci qrant müsabiqəsinin nəticələri, Xaricdə Təhsil Proqramı, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müsabiqəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin fəaliyyəti, Gənclik proqramı, YayFest düşərgəsi, Səyyar Gənclər Xidməti və digər fəaliyyətlər haqqında hesabatlar verilib. 
Eyni zamanda, Prezident İlham Əliyevin ölkənin şəhər və rayonlarında yerləşən Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin bölmələrinin yaradılması ilə bağlı Sərəncamından irəli gələn məsələlər müzakirə olunub. İclas çərçivəsində  13-cü qrant müsabiqəsinin nəticələri təsdiq edilib.


Create Account



Log In Your Account