Oct 17 2019 19:35
Views: 431

Azərbaycanda “Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın icrasına başlanılıb. UNİCEF ilə Gənclər və İdman Nazirliyi tərəfindən 6 ali məktəbin dəstəyilə hazırlanmış proqram gənclər siyasəti və idarəçiliyi sahəsində mütəxəssis hazırlığını, gənclər sahəsindəki fəaliyyətə dair vahid standartların tətbiqini nəzərdə tutur. Proqram hazırlanarkən Avropa ölkələri, ABŞ, Avstraliya, Azərbaycan gənclər siyasəti üzrə magistr proqramının icra olunduğu ilk ölkədir.
Proqramın təqdimatında görülən işləri yüksək qiymətləndirən Gənclər və idman naziri Azad Rəhimov 1994-cü ildən etibarən ölkədə sistemli gənclər siyasətinin həyata keçirildiyini, 2011-ci ildə Gənclər Fondu yaradıldığını diqqətə çatdırıb. Gənclərin yüksək fəallıq göstərdiklərini, hazırda ölkədə 300-dək gənclər təşkilatının fəaliyyət göstərdiyi bildirilib. 
UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Eduard Karvardin deyib ki, Azərbaycan sözügedən proqramın icra olunduğu ilk 10 ölkədən biri, Cənubi Qafqaz və Orta Asiya ölkələrindən isə birincisidir.


Create Account



Log In Your Account