Jul 26 2019 18:32
Views: 273

Gənclər və İdman Nazirliyinin yaranmasının 25 illiyi tamam olur. Ulu öndər Heydər Əliyevin 1994-cü ilin iyulun 26-da imzaladığı Fərmanla Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub. Nazirlik  ölkədə gənclər, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycanın sosial, iqtisadi və mədəni inkişafına uyğun gənc nəslin tərbiyəsi, gənclərin qüvvə və bacarıqlarının, yaradıcılıq imkanlarının milli dövlət quruculuğu prosesinə cəlb olunması Nazirlyin əsas vəzifələridir. Gənclər və İdman naziri Azad Rəhimov jurnalistlərə müsahibəsində qurumun fəaliyyəti VƏ qarşıda duran vəzifələr barədə danışıb.


Create Account



Log In Your Account