Mar 12 2019 18:49
Views: 596

“ASAN Könüllülük” Məktəbinin “ASAN kadr” karyera mərkəzinin və Bakı Ali Neft Məktəbinin birgə əməkdaşlığı ilə 2-ci “Karyera sərgisi” keçirilib. Gənclərin məşğulluğunun artırılmasına yönəlmiş karyera sərgisində vətəndaşlara məşğulluq, iş, təcrübə imkanları təklif edilib, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradılıb. Sərgidə ümumilikdə 80 müəssisə təmsil olunub.

Mütəmadi təşkil olunan “Karyera sərgisi”nin əsas məqsədi ASAN könüllüsü olmuş, o cümlədən savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin məşğulluq imkanlarını artırmaq, vətəndaşların dövlət və özəl qurumlarda işlə təmin olunmalarına dəstək göstərməkdir. Eyni zamanda müəssisələrə mövcud boş iş yerləri haqqında məlumat vermələri üçün şərait yaradılıb.

“ASAN Könüllülük” Məktəbi ASAN könüllülərinin peşəkar kadrlar kimi formalaşması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Bu məqsədlə yaradılan “ASAN Kadr” karyera mərkəzi 1100-dən çox ASAN könüllüsünün işlə təmin olunmasına bilavasitə dəstək göstərib.


Create Account



Log In Your Account