Aug 03 2019 15:19
Views: 176

Dövlət başçısının təsdiqlədiyi  regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində  Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur. Şəhərdə yeni infrastrukturun yaradılması  Azərbaycan Hökuməti və Almaniya İnkişaf Bankının birgə layihəsi birgə layihəsi əsasında həyata keçirilir. Gəncə şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarının ehtiyatlarından istifadə olunması qərara alınıb. Bu məqsədlə ötən müddətdə Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb. Gəncə şəhərində həcmi 4000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,3 km uzunluğunda magistral su kəməri çəkilib. Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb, ümumi tutumu 12  min  kubmetr  olan 3 su anbarı, 11 km magistral su xətləri inşa edilib. Göygöl və Qızılqaya mənbələrindən şəhərə suyun verilməsi təmin edilib. Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarı hesabına təmin olunacaq. Məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğunun inşası yekunlaşmaq üzrədir. Sutəmizləyici qurğudan şəhərə suyun verilməsi üçün 27,5 km Şəmkirçay-Gəncə magistral su kəməri tikilib. Gəncə şəhərinin böyüklüyü nəzərə alınaraq içməli su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri mərhələli şəkildə həyata keçirilir.

Gəncə şəhərində yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaq.  Ümumilikdə Gəncə  şəhərində icra olunan layihədən  2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfər faydalanacaq. Layihə çərçivəsində gələcəkdə Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərinin də içməli su təchizatı yaxşılaşdırılacaq.


Create Account



Log In Your Account