Oct 03 2017 18:25
Views: 1854

Ermənilərin böyük əksəriyyəti onlara aid olmayanları özününküləşdirməyə meyllidir. Bu dəfə onlar Gürcüstanın Cavaxetiya regionunun Qumburdo kəndində iddialarını ortaya qoyublar. Ermənilərin kilsədə xaçkar, yəni daş lövhə üzərində xaç təsvirini qoymaqla məbədin onlara məxsus olduğunu göstərmək cəhdi, kəndin erməni sakinləri ilə polis arasında toqquşmalara səbəb olub. Nəticədə kəndə xüsusi təyinatlılar daxil olub. Yerli sakinlər polisləri daş atəşinə tutublar. Qarşıdurma Gürcüstanın mədəni irs abidəsi sayılan 10-cu əsrə aid məbədin bərpasına görə başlayıb. Yerli ermənilər Gürcüstanın mədəniyyət nazirliyinin balansında olan və polisin mühafizə etdiyi əraziyə keçməyə cəhd ediblər. Nəticədə bir neçə polis xəsarət alıb. Erməni tərəfi isə insidenti öz baxış bucağından şərh edir. Ermənistanın respublika partiyasının üzvü Vaqram Baqdasaryan bildirib ki, baş verənlər millətlərarası problem deyil, sadəcə vətəndaşlar arasındakı mübahisədir. Bununla belə, Baqdasaryanın fikrincə, mübahisəli məbəd erməni deyil, xalkedon kilsəsidir.
İndi kənddə sakitlikdir. İnsidentə hər iki ölkənin rəsmiləri reaksiya veriblər. Daş lövhə üzərində xaç təsvirinin qoyulması məsələsini Gürcüstan və Ermənistan din xadimlərinin də müzakirə etməsi gözlənilir. Bu, erməilərin Gürcüstana ilk iddiası deyil. Bir neçə il öncə İçmiədzin Tbilisidən Gürcüstan ərazisində yerləşən və erməni din xadimlərinin fikrincə, erməni kilsəsi olan 400-dən çox kilsəni tələb edib. O zaman gürcü ictimaiyyəti iddiaların qarşısını ala bildi. İndiki vəziyyət də ciddidir və rəsmi Tbilisi növbəti erməni separatizmi meyllərinin qarşısını almağa çalışır. Əks halda, bunun acınacaqlı nəticələri ola bilər. Buna misal olaraq, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunu işğal etməsini göstərmək olar.


Create Account



Log In Your Account