Jun 28 2018 18:45
Views: 1797

“Cari vəziyyət” - Heydər Əliyev Mərkəzində nümayiş olunan Gürcüstan rəssamlarının əsərlərindən ibarət sərgi belə adlanır. Ekspozisiya ötən əsrin 80-90-cı illərində Gürcüstan təsviri incəsənətinin inkişafına töhfə vermiş 25 rəssamın yaradıcılığı ilə tanışlıq imkanı yaradır. Nümayiş olunan əsərlər 1985-ci ildən sonra Gürcüstanda baş verən dəyişiklikləri əks etdirir. Bəzi bölmələrdə 2000-2005-ci illəri əhatə edən əsərlər də yer alıb.
Avqustun 26-dək davam edəcək sərgidə nümayiş olunan rəsm əsərlərinin müəlliflərinin hamısı Bakıya gələ bilməyib. Ekspozisiyada təqdim olunan 3 əsərin müəllifi Levan Çeqoşvili sərginin Bakıda keçirilməsini təsadüf hesab etmir. Onun fikrincə, Azərbaycan və Gürcüstan xalqının ümumi tarixi var.
Nümunələr sırasında həm fərdi, həm də dövlət kolleksiyasına aid əsərlər yer alıb. Sərginin əsas məqsədi Azərbaycan ictimaiyyətini Gürcüstan incəsənətinə aid məqamlarla tanış etməkdir.
Təqdim olunan əsərlər parlaq rəngləri, özünəməxsus tərz və obrazları ilə sərgiyə gələnlərin böyük marağına səbəb olub.
Qeyd edək ki, 1970-ci illərin sonunda başlayan və 2000-ci ilədək davam edən dövr Gürcüstanın müasir bədii və incəsənət istiqamətinin yüksəlişi ilə yadda qalıb. Əhəmiyyətli olmasına baxmayaraq, Gürcüstan incəsənətinin bu dövrü az tanınıb və kifayət qədər tədqiq edilməyib.


Create Account



Log In Your Account