Nov 05 2019 16:01
Views: 299

2020-ci ildə Azərbaycanda bir neçə strateji əhəmiyyətli magistral yolun tikintsi və təmiri başa çatdırılacaq. Bu barədə CBC-yə müsahibəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin Rəis müavini  Hidayət Rüstəmov bildirib. Onun sözlərinə görə, bunlar əsasən Gürcüstan və Rusiya sərhəd yollarıdır.

2020-ci ildə həm də Gürcüstanla dövlət sərhəd yolu - Yevlax və Balakən yolunun təmiri başa çatacaq. Agentlik rəsmisinin sözlərinə görə, hazırda bu yolun Xaldandan Şəkiyə qədər hissəsində işlər gedir. Gələn il tikintisi başa çatması gözlənilən digər mühüm yol - Bakıdan Rusiya sərhədinədək çəkilən yeni avtomobil yoludur.

Turizm əhəmiyyətli Quba-Qonaqkənd və Xınalıq yolları da diqqət mərkəzindədir. Mövcud Xınalıq yolu sərt hava şəraitində narahatlıq yaratdığından, ora alternativ yolun çəkilməsi nəzərdə tutulur.

Bu ilin 9 ayı ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ümumi uzunluğu 903 km olan 32 layihə üzrə tikinti və yenidənqurma işlərini başa çatdırıb. Bura 4 respublika əhəmiyyətli, 23 kəndlərarası və  Bakı şəhərinin qəsəbələrarası 5 avtomobil yolu layihələri daxildir.


Create Account



Log In Your Account