Jun 27 2020 18:53
Views: 3734

Gürcüstanda epidemioloji vəziyyət yaxşılaşmağa doğru gedir. Son bir neçə gün ərzində ölkə üzrə virusa yoluxanların ümumi sayında elə də ciddi artım müşahidə olunmur. Bu barədə CBC-yə Gürcüstanda fəaliyyət göstərən 24news.ge portalının rəhbəri Azər Məmmədov məlumat verib. Qeyd edib ki, əgər ötən günlər ərzində yoluxma sayı 4-5 nəfər idisə, bu gün cəmi 2 yoluxma halı qeydə alınıb. O, Gürcüstanda bir çox məhdudiyyətlərin ləğv olunduğunu bildirib. Hazırda Gürcüstanda cəmi bir məntəqədə - azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunun Muşevani - Dəllər kəndində sərt karantin rejimi hökm sürür. Burada indiyədək 80 yoluxma faktı qeydə alınıb. Xatırladaq ki, Dəllər kəndində sərt karantin rejimi aprelin 25-də tətbiq edilib. Gürcüstanda koronavirusa yoluxanların sayı 921-ə çatıb. Hazırda 2687 nəfər karantində saxlanılır, 207 nəfər isə stasionar şəraitdə müalicə olunur. Qonşu ölkədə virusa yoluxanlardan 781 nəfər sağalıb, 14 nəfər dünyasını dəyişib.


Create Account



Log In Your Account