Jan 10 2019 18:24
Views: 428

Daha çox “donuz qripi” kimi tanınan  A (H1N1) virusundan Gürcüstanda ölənlərin sayı 13 nəfərə çatıb. Ölkədə bu virusa 158 yoluxma halı təsdiqlənib. Bu barədə Gürcüstan Səhiyyə nazirliyi məlumat yayıb. Azərbaycanda donuz qripinin qarşısnı almaq üçün  Səhiyyə Nazirliyi Dövlət Gömrük Komitəsi ilə birgə profilatktik tədbirlər həyata keçirir. Gürcüstandan gələn nəqliyyat vasitələri dezinfeksiya olunur, vətəndaşlar isə xüsusi termokamerlar vasitəsi ilə yoxlanılır.

Səhiyyə Nazirliyinin rəsmisi bildlrib ki, indiyədək Azərbaycan-Gürcüstan sərhədini keçən və temperaturu yüksək olan 867 nəfərdən götürülən nümunələr taun əleyhinə stansiyaya göndərilib. Heç kimdə donuz qripi aşkarlanmayıb. Pərviz Abubəkirov qeyd edib ki, əgər hər hansı bir şəxsdə virus aşkarlanarsa, Səhiyyə Nazirliyi bunun üçün də tədbirlər görüb.  

Dövlət Baytarlıq Xidməti də qonşu ölkədə yayılmış donuz qripi ilə əlaqədar donuzçuluq təsərrüfatı ilə məşğul olan isanlara xəbərdarlıq edib. Dövlət Baytarlıq xidmətindən verilən məlumata görə, ölkədə  7 min baş donuz saxlanılır. Onlara mütəmadi olaraq baytarlıq baxışı keçirilir. Həm qara yara, həm də klassik tauna görə vaksinasiya vurulur.

Dövlət Baytarlıq Xidmətindən bildirilib ki, Gürcüstandan Azərbaycana kənd təsərrüfatı məhsullarınını daşındığı vaqonlar da mütəmadi olaraq dezinfeksiya olunur. Dezinfeksiya tədbirləri  Ələt dezinfeksiya məntəqəsində həyata keçirilir, vaqonlar dezinfeksiya olunduqdan sonra Dəmir Yolları QSC-yə təhvil verilir.  Yolçu Xanvəlinin sözlərinə görə, hələ ki mənfi hala rast gəlinməyib və sabitliyin saxlanılması üçün müvafiq tədbirlər davam etdilir.


Create Account



Log In Your Account