Mar 26 2020 12:25
Views: 308

Gürcüstanda karantin zonalarının elan edildiyi əsasən azərbaycanlıların üstünlük təşkil etdiyi Marneuli və Bolnisi bələdiyyələrində artıq iki gündür xüsusi rejim tətbiq olunur. Bölgəyə giriş-çıxış məhdudlaşdırılıb.  Gürcüstan baş nazirinin mətbuat katibi bildirib ki, ərazidə insanların məlumatlandırılması üçün Azərbaycan dilində də informasiyalar verilir. əhali tətbiq olunan rejimə əməl edir. Gürcüstan hökumətinin sözçüsü buna görə, insanlara təşəkkür edib. Karantin tətbiq olunandan hər iki rayonda 20 mindən çox yerli sakin tibbi yoxlanışdan keçirilib və onların yalnız 25-də yüksək hərarət qeydə alınıb. Hazırda həmin şəxslər tibbi nəzarətdə saxlanılır. Gürcüstanda fəaliyyət göstərən news24.ge portalının əməkdaşı Azər Məmmədov bölgədəki vəziyyətlə bağlı CBC-yə məlumat verib.


Create Account



Log In Your Account