May 29 2020 17:53
Views: 342

Gürcüstanda koronavirus infeksiyası ilə əlaqədar 31 martdan fəaliyyətini dayandıran ictimai nəqliyyat bu gündən fəaliyyətə başlayır. Həm metro, həm də Tbilisidə və respublikanın digər şəhərlərində avtobuslar və mikroavtobuslar ölkə vətəndaşlarının istifadəsinə verilib. Bununla belə, ictimai nəqliyyatdan istifadə ilə bağlı bəzi məhdudiyyətlər olacaq. Metro və avtobuslara maskasız daxil olmağa icazə verilməyəcək. Ətraflı CBC-yə Gürcüstanda fəaliyyət göstərən jurnalist Azər Məmmədov məlumat verib.


Create Account



Log In Your Account