Oct 10 2019 19:55
Views: 179

Mütəfəkkir alim Aida İmanquliyeva özünün düşüncə sistemi və təfəkkür tərzi ilə Qərbin və Şərqin mərkəzində yerləşən bir Azərbaycan modelidir. Onun həyat və yaradıcılığı milli ziyalı qadınlar içərisində bənzərsizliyi, yüksək dəyərli xüsusiyyətləri ilə seçilirdi. Görkəmli şərqşünas aim Aida İmanquliyevanın ad günündə onu tanıyan şəxslər belə deyir. Qısa ömrünün böyük hissəsini elmi fəaliyyətə həsr edən Aida xanımın əsərləri onun haqqında çox gözəl təsəvvür yaradır.
27 yaşında namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlayıb. İstedadı, zəhmətsevərliyi hesabına kiçik elmi işçidən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, direktor vəzifəsinədək yüksəlib. Aida İmanquliyeva ərəb mühacir ədəbiyyatının beynəlxalq miqyasda ən sanballı tədqiqatçısı sayılırdı. O, rəhbəri olduğu Ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan çox namizədlik dissertasiyası müdafiə edilib. 
Məhz həmin əsərləri təqdim etmək məqsədilə bu gündən  Azərbaycan Milli Kitabxanasında “Aida İmanquliyeva – görkəmli şərqşünas alim” adlı kitab sərgisi açılıb. Bir həftə davam edəcək sərgidə görkəmli şərqşünas alimin özünün yazdığı kitablar, elmi araşdırmaları və monoqrafiyaları, eyni zamanda onun barəsində dövri mətbuatda dərc edilən məqalələr nümayiş etdirilir.


Create Account



Log In Your Account