Nov 02 2019 19:57
Views: 171

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyidağa Həbibovun 100 illik yubileyi qeyd olunub. XX əsr Azərbaycan qəzəl yaradıcılığında onun əsərləri mühüm yer tutur. Beynəlxalq Muğam Mərkəzində keçirilən yubiley tədbirində qeyd olunub ki, Seyidağa Həbibovun yaradıcılığı Əliağa Vahidlə sıx bağlı olub. Belə ki, o, görkəmli qəzəlxanı özünün ustadı hesab edirdi. 
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin sözlərinə görə, Seyidağa Həbibov Vahid məktəbinin ən layiqli davamçısı idi. O, 1919-cu ildə Bakının Maştağa kəndində doğulub, Böyük Vətən Müharibəsində iştirak edərək faşizmə qarşı mübarizədə də şücaət göstərib. El arasında çox sevilən şairin qəzəllərinə indi muğam ifaçıları tez-tez müraciət edir.


Create Account



Log In Your Account