Feb 07 2019 18:26
Views: 575

Azərbaycanın görkəmli kinorejissoru, ssenarist, aktyor, xalq artisti Tofiq Tağızadənin anadan olmasından 100 il ötür. O, Azərbaycan kino tarixinə “Uzaq sahillərdə”, “Arşın Mal Alan” “7 oğul istərəm”, “Dədə Qorqud” kimi məşhur filmlər bəxş edib. Görkəmli rejissorun yubileyində onun xatirəsi ikinci Fəxri Xiyabandakı məzarı başında yad edilib.

Tofiq Tağızadə nadir azərbaycanlı rejissorlardan idi ki, kino üçün ən ağır olan 90-cı illərdə də filmlər çəkirdi. Məhz bu dövrdə o, Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında “O dünyadan salam”  filmini özünün yaratdığı kinostudiyada lentə alıb. Tofiq Tağızadə hər zaman tələbələrinin və həmkarlarının əsl dostu olub.

Doğmaları və dostları Tofiq Tağızadəni bütün sahələrdə istedadlı bir peşəkar, gözəl insan kimi xatırlayır.

Tofiq Tağızadənin 100 illiyinin qeyd olunması ilə bağlı prezident İlham Əliyev sərəncam imzalayıb. Mədəniyyət nazirliyi bununla bağlı tədbirlər planı hazırlayacaq.   


Create Account



Log In Your Account