Apr 22 2019 18:31
Views: 428

Tofiq İsmayılov 1939-ci ildə Bakıda dünyaya gəlib. Azərbaycan dövlət incəsənət institutunun aktyorluq fakultəsini bitirdikdən sonra Moskvada Andrey Tarkovskinin rejissor kurslarına qəbul olub. 30-dan çox bədii və sənədli film çəkən Tofiq İsmayılov ilk dəfə Mehdi Hüseynin romanı əsasında üçseriyalı “Abşeron” filmini ekranlaşdırıb. Onun ekran işləri sırasında “Bizim şəhərin daşları”, “Musiqi müəllimi”, “Mən mahnı qoşuram” və digər filmlər var. Tofiq İsmayılovun “Çətin yollar” filmi isə ABŞ-da nümayiş üçün seçilən 17 sovet filmlərindən biri idi.

Tofiq İsmayılov bir müddət Türkiyənin İstanbul şəhərində Memar Sinan Universitetində çalışıb. İki ölkənin mədəniyyətini tanıdan, təbliğ edən mühüm layihələr, tədbirlər həyata keçirib. Eyni zamanda, “Türk xalqlarının kino tarixi” adlı əsər yazıb. Onun elmi məqalələri Türkiyənin 50-dən çox qəzet və jurnalında dərc olunub.  Ailəsi bu gün də onun itkisi ilə barışa bilmir.

Tofiq İsmayılov 1971-ci ildə ekranlaşdırdığı “Oxuyur Müslüm Maqomayev” filminin davamını da çəkib. 2014-cü ildə çəkilən ekran işi “Sən mənim nəğməmsən”, “Sadiq dostlar” və “Mavi dəniz” adlı üç bədii hissədən ibarətdir. O, həmçinin 5 uşaq kitabının, çox sayda pyes və ssenarinin müəllifi olub. Tofiq İsmayılov 2016-cı ilin martında dünyasını dəyişib. 


Create Account



Log In Your Account