Jun 29 2019 18:58
Views: 959

ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Ermənistan və Azərbaycan arasında girovların təhvil verilməsini alqışlayıb. ATƏT-in rəsmi açıqlamasında bu barədə məlumat verilib. Bildirilir ki, ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri Miroslav Layçak Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasoşiklə görüşüb. Həmsədrlər slovakiyalı sədrə humanitar məsələlər üzrə irəliləyişlər, o cümlədən Ermənistan və Azərbaycan arasında girovların mübadiləsi barədə məlumat veriblər. Layçak Minsk prosesi və həmsədrlərin işini, həmçinin tərəflərin gərginliyi azaltmaq və sülhə, danışıqlarda əhəmiyyətli tərəqqiyə şərait yaratmaq üçün səylə rini dəstəklədiyini bildirib. Ekspertlər də bu halın danışıqlardakı irəliləyişlə əlaqələndirirlər
Politoloq Arzu Nağıyev hesab edir ki, əsir və girovların dəyişdirilməsi üçün ilk öncə onların statusu dəqiq müəyyən olunmalıdır. Aydınlaşdırılmalıdır ki, bu şəxslər hansı şəkildə girov götürülüb, onlar hərbi əsirlərdimi, hərbi qurumlarla hansı dərəcədə əlaqəsi olub? Bütün bunlar aydınlaşdırıldıqdan sonra prosesi davam etdirmək olar. 
Bu ilin matın 16-da Ermənistan hərbçiləri tərəfindən girov götürülən Azərbaycan vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, Elvin İbrahimov və 2il əvvəl iyunun 20-də Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı Zaven Karapetyan dəyişdirilib. Humanitar proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Dövlət Sərhəd Xidməti tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.


Create Account



Log In Your Account