Sep 24 2019 17:22
Views: 262

Polşada ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar bürosunun təşkilatçılığı keçirilən toplantıda insan hüquqları ilə bağlı müzakirələr zamanı Azərbaycan nümayəndələri Ermənistanın qanunsuz olaraq girov saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının pozulmasına diqqət çəkib.

Toplantıda çıxış edən Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz olaraq 5 ildən çoxdur girov saxlandığını, onlara işgəncə verildiyini qeyd ediblər. Ermənistanın girovların “hamının-hamıya” prinsipi ilə mübadiləsindən də yayındığını toplantı iştirakçılarının diqqətinə çatdırıblar.

Ermənistan nümayəndəsi təxribata əl ataraq Azərbaycanın ünvanına ittihamlar səsləndirib. Dilqəm Əsgərov və Şahbaz Quliyevin diversiya məqsədilə Qarabağa getdiyini iddia edən Ermənistan təmsilçisi 2016-cı ilin aprel döyüşləri zamanı da guya erməni hərbçilərə işgəncə verildiyini deyib. Erməni yalanlarını Azərbaycanın toplantıdakı təmsilçisi ifşa edib.

 


Create Account



Log In Your Account