Nov 04 2019 18:23
Views: 89

“Azərbaycan hökuməti Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı mövqeyini bir neçə həftə öncə Avropa İnsan Haqları Məhkəməsinə təqdim edib”. Bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib. Bildirib ki, Azərbaycan bu məsələ ilə bağlı dünyanın aparıcı hüquqşünasları ilə müqavilə imzalayıb. O, dinləmənin gələn il baş tuta biləcəyini söyləyib.

Artıq 5 ildir erməni girovluğunda qanunsuz saxlanılan, işgəncələrə məruz qalan azərbaycanlı girovlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilsə də, müsbət nəticə əldə olunmayıb. Avropa Məhkəməsinin ədalətli, obyektiv qərar qəbul edəcəyi gözlənilir. Lakin Ermənistan qəbul olunan qərarı icra etməyə bilər.


Create Account



Log In Your Account