Sep 12 2019 19:51
Views: 229

Gələn il Rusiyanın Sverdlovsk vilayətinin sənaye müəssisələrindən ibarət işgüzar missiyasının Azərbaycana səfəri nəzərdə tutulur.bu barədə Sverdlovsk vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri Vasili Kozlov Bakıda keçirilən biznes-forum çərçivəsində jurnalistlərə açıqlamasında məlumat verib. Bildirib ki, missiya tibb avadanlıqları, kimya, IT və digər sahələrini əhatə edəcək. Ümumilikdə Sverdlovsk vilayətinin istehsal imkanlarının geniş olduğunu deyən Kozlov Azərbaycanlı iş adamları ilə əməkdaşlığa hazır olduqlarını qeyd edib.
İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib ki, belə biznes-forumlar iki ölkə arasında ticarət əlaqələrin inkişafına xidmət edir. Bu əlaqələrin inkişafında Sverdlovsk vilayəti də vacib əhəmiyyətə malikdir.
Biznes forum çərçivəsində iki sənəd də imzalanıb. Azərbaycan Şərab İstehsalçıları və İxaracatçıları Assosiasiyası Rusiyanın  “VİNAZ” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası isə “TEN” şirkəti ilə əməkdaşlıq haqqında memoranduma imza atıblar.


Create Account



Log In Your Account