Sep 10 2019 18:43
Views: 275

Bu gündən etibarən regionlarda mineral gübrələrin səyyar satışına başlanılır. 2019-cu il mövsüm öncəsi keçirilən satışda ucqar kənd və qəsəbə sakinləri mineral gübrələrin 70% güzəştlə ala biləcəklər. “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov CBC-yə müsahibəsində bildirib ki, fermerlərin mineral gübrələrlə təminatı ilə bağlı satış prosesi bu ilin əvvəlində yanvar fevral aylarında da aparılıb. 
Səyyar satışa Şəmkir rayonun Ələsgərli kəndindən start veriləcək. Həftə ərzində 15 bölgədə mineral gübrələrin səyyar satışını təşkil olunacaq. Elmin Rəhmanovun sözlərinə görə, “Aqrolizinq” ASC pambıq sahələrində yığıma da hazırlaşır. Bu işdə pambıq yığımında ixtisaslaşmış şirkətlər də iştirak edəcək. 
Cəmiyyətin sədri əlavə edib ki, yığım prosesi ilə yanaşı, məhsulun daşınması da vacib amillərdəndir. Bunun üçün “Aqrolizinq” ASC tərəfindən 125 ədəd traktor, 220 ədəd qoşqu vasitəsi ilə yığılmış pambığın operativ şəkildə itkisiz daşınması həyata keçiriləcək. Bu il yığım qaydalarında və tariflərdə də dəyişiklik yoxdur. Birinci yığımda tarif 100 manat, ikinci yığım  üçün 60 manat müəyyən olunub.


Create Account



Log In Your Account