Sep 07 2019 15:53
Views: 227

Hacı Zeynalabdin Tağıyevin heykəli Xalq rəssamı Xanlar Əhmədovun layihəsi əsasında hazırlanacaq. Görkəmli xeyriyyəçinin abidəsinin hazırlanması ilə bağlı keçirilən açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib. Xalq rəssamı deyir ki, o, bu işə hələ 10 il bundan öncə başlayıb.
Bu ilin aprelində Hacı Zeynalabdın Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqə elan olunanda, xalq rəssamı Xanlar Əhmədov da kənarda qalmayıb. Qalib olan variantda Hacı Zeynalabdın Tağıyev ayaqüstə dayanıb, əlində əsa və təsbehi var, təntənəli geyiminin üzrərində isə orden ve medalları əks olunub.
Heykəlin hazırlanmasında 3 materialdan qırmızı, qara qranit və tuncdan istifadə olunacaq. Heykəlin hündürlüyü isə 5 metrə yaxın olacaq. Xalq rəssamı Xanlar Əhmədovun sözlərinə görə, bu cür heykəlin ərsəyə gəlməsi üçün 3-5 aya qədər vaxt tələb olunub. Abidənin İçərişəhər metrosunun yaxınlığındakı meydançada, İstiqlaliyyət küçəsində yerləşməsi nəzərdə tutulur.


Create Account



Log In Your Account